Qeri gayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Müştərilərdən daxil olan telefon,e-poçt sorğularını operativ və peşəkar şəkildə cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
- Satış qiymətləri haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
- OPERA PMS sistemi vasitəsilə rezervasiyaları daxil etmək,rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə müştərilərə göndərmək;
- Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluğa çatmaq üçün qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
- Mehmanxana və şirkətin xidmətləri haqqında müştərilərə düzgün informasiya verə bilmək;
- Gəliri maksimuma çatdırmaq üçün müştərilərlə əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
- Müvafiq hallarda müştərilərə əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə məlumatlandırmaq;
- Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək;
- Ödənişlərin həyata keçirilməsi üçün təsdiq məlumatlarının qonaqlara ötürülməsini təmin etmək;
- Rezervasiya zamanı yaranan problemlərin çevik həllini bacarmaq;
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
- Bakalavr təhsili,(qonaqpərvərlik və ya yaxın sahədə ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
- Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
- Müvafiq sahədə təcrübə;
- Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
- Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
- Analitik düşüncə qabiliyyətinin olması;
- Ofis proqramlarında işləmək bacarığı və Opera PMS proqramı üzrə təcrübənin olması;
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.Faktiki yaşayış ünvanı Qəbələ və ya qonşu rayonlarda olan namizədlərə üstünlük veriləcəkdir;
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Rezervasiya üzrə agent) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Əlaqə forması
Digər vakansiyalar
Success!
Agreement text