fbpx
Yeni başlayanlar üçün xizək məktəbi
Proqressiv öyrənmə üsulları

Cəmi bir neçə saat ərzində təkbaşına əldə etmək üçün günlər lazım olacaq irəliləyişi əldə edə bilərsiniz. Peşəkar müəllimlərin köməkliyi ilə siz həm əylənərək həmdə təhlükəsiz bir şəkildə öz bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

Başlayanlar üçün uyğun avadanlıq

Bizim xizək zonamızda yeni başlayanlar və peşəkarlar, uşaqlar və böyüklər də xizək, snoubord və digər aksessuarları kirayə götürmək imkanına malikdirlər.

Dağ haqqında daha çox kəşf edin

Parıldayan qarda sabit sürətlə sürüşmək, təmiz dağ havasını ciyərlərinizə almaq və fonda Tufandağın əsrarəngiz mənzərəsindən həzz almaq.  Mükəmməl işlənmiş cığırlarda təkcə təcrübəli xizəkçilər yox, həm də yeni başlayanlar üçün asan yollar mövcuddur.

Fərdi dərs 1 saat.
Fərdi dərs 2 saat.
Fərdi dərs 4 saat.
böyüklər
45 ₼
80 ₼
150 ₼
əlavə adam
35 ₼
50 ₼
80 ₼
uşaq
40 ₼
55 ₼
95 ₼
əlavə uşaq
25 ₼
30 ₼
45 ₼
Öyrənmək hər vaxt gec deyil. Sonraya saxlama, indi başla!
Hərəkətdə öyrənin

Yamaclarımızda özünüzü təhlükəsiz hiss etdiyinizə əminik və məktəbimizdə bir neçə saatdan sonra xizək sürməyi sevəcəyinizə söz veririk. Daimi praktiki çalışmalar vasitəsilə daha effektiv nəticəyə nail olun.

Bacarıqlarınızı kəskinləşdirin

Həm yeni başlayanlar, həm də peşəkar şəxslər burada bizimlə, kiçik qruplarda və ya fərdi dərslərlə  kurslardan həzz alırlar. Sertifikatlaşdırılmış xizək və snoubord təlimatçıları hər şeyi düzgün şəkildə öyrənməyinizə təminat verir.

Gizli əraziləri kəşf edin

Peşakar xizək təlimatçılarımız tərəfindən təşkil edilən dərslər zamanı qarla örtülmüş yamaclar və dərin meşələrə, Tufandağın əzəmətli və sirli mənzərəsini kəşf edə bilərsiz.

Fərdi dərs 6 saat.
Fərdi dərs 8 saat.
böyüklər
185 ₼
230 ₼
əlavə adam
90 ₼
115 ₼
uşaq
120 ₼
150 ₼
əlavə uşaq
55 ₼
70 ₼