Qəbələ restoranı, otelin dəbdəbəli məkanında yerləşən əsl kulinariya incisidir. Bu unikal restoran sizi geniş və zərif interyerdə təqdim olunan beynəlxalq, milli və şərq mətbəxinin zəngin çeşidləri ilə sevindirəcək.
400 nəfərə qədər qonaq qəbul etmək imkanına malik olan Qəbələ restoranı böyük tədbirlər, toplantılar və ya dostlar və ailə ilə ləzzətli yeməklər üçün mükəmməl seçimdir. Restoranın atmosferi ənənəvi və müasir üslubun harmoniyasını əks etdirir, hər bir tədbir üçün isti və qonaqpərvər mühit yaradır.
Əlbəttə ki, Qəbələ restoranında heç bir yemək bizim xüsusi milli təamlarımızı dadmadan tamamlanmış sayılmaz. Bu ləzzətlər yalnız ən təzə və yüksək keyfiyyətli inqrediyentlərdən, ənənəvi bişirmə üsulları ilə hazırlanır ki, sizə orijinal və unudulmaz dad təcrübəsi təqdim olunsun.
Zərif və geniş məkanı, dünya, şərq və milli mətbəxin zəngin menyusu və yüksək səviyyəli xidmətə sadiqliyi ilə Qəbələ restoranı sizə həqiqətən unudulmaz istirahət vəd edir.
Qafqaz Riverside Hotel-də yerləşən Meşə Restoranı cənnətdən bir guşədir. Dəmiraparan çayına yaxın Qəbələnin füsunkar meşələrində yerləşən restoranımızda milli mətbəximizin təamlarını şeflərimizdən ən ləziz notlarda dadın. Ocaq başında ailəniz və sevdiklərinizlə bir araya gəlin, işıqlı terrasımızda ləziz təamlarımızdan dadarkən birlikdə ən xoş anlarınızı bölüşün.
Lounge və bar tipli fəaliyyət göstərən Kamin bar restoranı 24 saat xidmət ilə sizləri gözləyir. Ləzzətli qəhvə və ya təravətləndirici içkilərimizdən dadarkən canlı atmosferə sahib məkandan zövq ala bilərsiniz. Yüngül yeməklərdən və ləzzətli sendviçlərdən tutmuş, ləzzətli pizzalara və müxtəlif qəlyanaltılara qədər dadmaq şansını qaçırmayın. Xüsusi inqredentlərdən hazırlanmış sevimli qarışıqlarımızın zəngin və xoş ətirli tüstüsündən həzz ala biləcəyiniz qəlyan zalımızda xoş istirahətdən yararlana bilərsiniz. İstər gündüz, istərsə də gecə vaxtınızı yaxşı dəyərləndirmək, dincəlmək və dostlarınızla vaxt keçirmək istəyirsinizsə Kamin bar ən doğru seçimdir. Kamin bara gələrək istirahətinizə xüsusi zövq qata bilərsiniz.