fbpx
Geri
“Rafting Gabala”-nın açılış mərasimi
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

20 İyun tarixində ölkənin ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala”-nin açılış mərasimi baş tutdu. Görüşdə “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman, Qəbələ rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının və Tükiyə Kanoe Federasiyasının təmsilçiləri, beynəlxalq ekspertlər, media nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri iştirak etdilər.

Tədbiri açıq elan edən “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman qeyd etdi: “Ölkəmizdə su idman növlərinin inkişafı bizi sevindirir. Qəbələnin möhtəşəm təbiətindən ilamlanaraq bu layihəyə başladıq. İnanırıq ki, raftinq əyləncəsi müştərilərimizə fərqli təcrübə yaşatmaqla bərabər, Qəbələnin turizm potensialının artmasına çox böyük tövhələr verəcək. Bu günki tədbiri Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edirik.”

Daha sonra Qəbələ rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev də çıxış edərək ölkə üçün yenilik olan raftinqin Qəbələdə olmasından məmnunluğunu ifadə etdi.

Açılış tədbirində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nüməyəndələri, beynəlxalq ekspertlər, texniki təlimatçılar media nümayəndələrinin suallarını cavablandırdılar.

Sonda raftinq qayıqları suya endirilərək finiş nöqtəsinə kimi uğurla hərəkət etdi.

Raftinq – axın sürəti yüksək olan dağ çaylarında hava ilə şişirilmiş qayıqlarda hərəkət edən su idman-əyləncəsidir. Bu əyləncədən istifadə etmək üçün xüsusi bacarıq tələb olunmur. “Rafting Gabala”-nin marşrutu 14 km., start nöqtəsindən finiş nöqtəsinə qədər olan məsafəni qət etmək üçün tələb olunan müddət isə 40 dəqiqədir.

Qeydiyyat və ətraflı məlumat üçün:
veb: rafting.az
tel: +994 50 290 43 33
e-mail: [email protected]