fbpx
Geri
"Qafqaz Riverside Hotel”-in yeni otaqları istifadəyə verildi
Image 1
Image 1
Image 1
Image 1

İlk milli beş ulduzlu hotel brendi olan “Qafqaz Hotels & Resorts” şəbəkəsinə aid olan “Qafqaz Riverside Hotel”-in yeni nömrələri istifadəyə verildi.


Qəbələnin ən gözəl hissəsində - Tufandağ Qış – Yay Turizm İstirahət Kompleksinin yanında və Dəmiraparan çayının sahilində yerləşən hotel müxtəlif kateqoriyalı nömrələr, suitlər və kotteclərə sahibdir.

“Qafqaz Riverside Hotel” bu il qış mövsümündə qonaqlar üçün yeni tərtibatlı otaqlarını istifadəyə verdi. Bu, otelin ümumi yenilənməsinin ilkin mərhələsidir. “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman yenilənmə haqqında fikirlərini bildirib: “Biz müstəsna qonaqpərvərlik və beş ulduzlu xidmət göstərmək vədimizə sadiqik. Yeni və müasir tərtibatda, bugünün lüks anlayışını özündə ehtiva edən otaqlarımızda qonaqlar özlərini evlərindəki kimi rahat hiss edəcəklər. Yenilənmiş dizayn konsepsiyamız Qəbələnin unikal təbiətindən, zəngin tarixindən və mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Bu yenilənmə ilə biz qlobal yanaşmalı yerli hekayə təqdim edirik”.


“Qafqaz Riverside Hotel”-in yeni otaqları müasir dizayn yanaşmalarını özündə əks etdirərək, qonaqlara özlərini təbiətin davamı kimi olan mühitdə hiss etdirəcək. Zamana bağlı olmayan dizayn üslubu və yaradılmış harmonik mühit istənilən qonağa hüzur və rahatlıq verir. Əl işi olan dekor elementləri, olduqca xoş təəssürat yaratmaqla yanaşı praktiklik təmin edir. Yenilənmə layihəsi xüsusilə qonaqpərvərlik sənayesində onlarla mötəbər mükafat qazanmış qlobal dizayn studiyası tərəfindən hazırlanıb. “Yenilənmənin dizayn konsepsiyasının əsasını Qəbələnin mükəmməl təbiəti təşkil edir. Biz bu möhtəşəmliyi zamana meydan oxuyan lüks baxışla ifadə etmişik. “Təbiətlə söhbət” adlandırdığımız dizayn konsepsiyası qonaqları şəhər rutinindən uzaqda Dəmiraparan çayının, Böyük Qafqaz dağlarının və sıx meşələrin enerjisi ilə bütünləşdirəcək” dizayn layihəsinin müəllifi Dina Murali qeyd edib.

Hotelin yenilənməsi mərhələli formada həyata keçirildiyi üçün qonaqların rahatlığına və istirahətinə təsir etməyəcək. Növbəti mərhələdə restoranlar və digər ərazilərin yenilənməsi planlaşdırılıb. Hoteldə nəzərdə tutulan yeniliklər həm yerli, həm də xarici turistlərin zövqlərini oxşayacaq. Şəbnəm Fərmanın sözlərinə görə “2024-cü il bizim üçün çox önəmlidir. “Qafqaz Riverside Hotel”-i yeni tərtibatda qonaqlara təqdim etmək bizi çox həyəcanlandırır. Bu ilin yay mövsümündən etibarən tam yeni abu hava ilə qonaqların qarşısına çıxacaq və xoş sürprizlərlə onları təəccübləndirəcəyik. Bu, sadəcə məkanların yenilənməsi deyil: yeni restoran konsepsiyaları, qastronomik seçimlər, xidmətlər və ümumilikdə qonaq təcrübəsi dünya standartlarına uyğun və region üçün yeni meyar olacaq.”


Yeni otaqları hotelin rəsmi internet saytından - www.qafqazhotels.com və +994 12 310 11 91 nömrəsi vasitəsi ilə rezervasiya etmək mümkündür.

Gabala Hospitality Group” şirkəti ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Tufandağ Qış-Yay Turizm İstirahət Kompkleksi”, ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan “Qəbələ Atıcılıq Klubu” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.

Ətraflı məlumat üçün: [email protected]