fbpx
Geri
"Qafqaz Hotels & Resorts" hotellər şəbəkəsinin baş aşpazı Avstriyanın Vyana Modul Universiteti tələbələrinə ustad dərsləri keçmişdir.
Image 1
Image 1
Image 1
Image 1
Image 1

"Qafqaz Hotels & Resorts" hotellər şəbəkəsinin baş aşpazı Avstriyanın Vyana Modul Universiteti tələbələrinə ustad dərsləri keçmişdir.


Martın 13-ü Avtsriyanın Vyana Modul universiteti tələbələrinə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Avstriyanın Vyana Modul Universitetinin təşkilatçılığı ilə Azərbaycan kulinariyasında xüsusi yerə məxsus olan plovların hazırlanması üzrə ustad dərsləri keçilmişdir. 


Proqram çərçivəsində ölkənin ilk milli beş ulduzlu hotel şəbəkəsi olan "Qafqaz Hotels & Resorts"-un baş aşpazı Rasim Nəcəfov milli mətbəximizin baş tacı olan "Şah plov" da daxil olmaqla, müxtəlif növ plovların bişirilməsi ilə bağlı əsas məqamları və praktiki bilikləri tələbələrlə bölüşmüşdür. Zəngin milli kulinariyamızın tanıdılması məqsədilə baş tutan təşəbbüsün nəticəsi kimi Azərbaycan mətbəxinin inciləri haqqında geniş məlumat verildi, praktiki təlim təşkil edildi və tələbələrlə fikir mübadiləsi aparıldı. 


Proqram Avtriyanın qabaqcıl turizm mərkəzlərindən olan Vyana Modul Universitetinin tələbələrinə Azərbaycan plovları haqqında geniş məlumat almağa və ölkəmizin zəngin mədəni irsinin yadigarı olan milli yeməklərlə yaxından tanış olmağa şərait yaratdı.


"Gabala Hospitality Group" şirkəti ölkənin ən böyük turizm menecmenti şirkətlərindən biridir. Şirkətin portfelinə "Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi", ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan "Qafqaz Hotels&Resorts", "Gabaland" Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan "Qəbələ Atıcılıq Klubu" və ölkədə ilk və tək raftinq mərkəzi olan "Rafting Gabala" aiddir. 

Ətraflı məlumat üçün: [email protected]