fbpx

Qafqaz Tufandag Hotel

Tufandağ hoteli möhtəşəm xizək yamacları və bir çox dağ əyləncələri ilə əhatə olunaraq unikal yerləşmə mövqeyinə malikdir. Dağ kurortu həvəskarları üçün nəzərdə tutulmuş göl mənzərəli otaqlar və qış həzzi yaşadan kaminli terraslar ilə sizlər premium butik hotel həzzini hiss edə bilərsiniz. Hotelimizdə fərqli otaq konseptləri, yerli və dünya mətbəxini birləşdirən unikal və panoramik restoranlar, spa&fitnes və bir çox premium xidmətləri ilə sizlər üçün unudulmaz istirahət təqdim edir.

Panorama Restoranı
$ $ $ $
Qafqaz Tufandağ Hoteldə Panorama Restoranının ləziz yeməklərindən zövq almağa tələsin.Geniş terrasa çıxdığınız andan siz parıldayan gölün və əzəmətli dağların heyrətamiz mənzərələri qarşısında valeh olacaqsınız. Əsasən Aralıq dənizi və İtalyan mətbəxi üzrə ixtisaslaşmış, bununla yanaşı səhər yeməyi və müxtəlif açıq bufetlər təqdim edən bu restoranda İstər romantik bir gecə, istərsə də dostlarınız və ailənizlə bayram keçirmək istəyirsinizsə, Panorama Restoranı unudulmaz yemək təcrübəsi təklif edir. Beləliklə, bir qədəh qaldırın və xatirələrinizi yadda qalan edin.
Hər gün / 06:30-00:00
Qiymətlərə baxın
Burger Station
$ $ $ $
Burger Station-da sürətli templi rahatlıq və heyrətamiz dağ mənzərələrinin mükəmməl qarışığını kəşf edin. Bu məşhur fast food restoranı tələsik dadlı yemək axtaran hər kəs üçün ideal yerdir. Ağız sulandıran sendviçlər və burgerlər təqdim edən menyu ilə siz Burger Station-da hər kəs üçün nəsə tapacaqsınız. Açıq verandada nahar edin, canlı və qonaqpərvər atmosferdə ləzzətli yeməklərdən həzz alın.Burger Station xizək və ya dağ fəaliyyətləri üçün yaxşı bir fasilə və istirahət məkanıdır.
Hər gün / 10:00-18:00
Qiymətlərə baxın
Qəbələ kafe
$ $ $ $
Qəbələnin ruhunu məhs Qəbələ kafesində kəşf edə bilərsiniz. 1600 metr hündürlükdə yerləşən Qəbələ kafeyə gələrkən yamyaşıl meşələrin üzərindən ənənəvi kanat ilə süzülərək füsunkar mənzərəli bir gəzintiyə çıxacaqsınız. Gəldikdən sonra ziyarətçiləri dincəlməyə dəvət edən cazibədar, milli üslublu bir mühit qarşılayır. Qəbələ kafedə siz göz oxşayan mənzərə, rahat dincələ biləcəyiniz məkan və inanılmaz abu hava ilə qarşılaşacaqsınız. Burada siz, milli adət-ənənəmizin ayrılmaz hissəsi olan çay mədəniyyətini xüsusi tərzdə hiss edə, həmçinin xüsusi zövqlə hazırladığımız müxtəlif çeşid kofelərimizin və desertlərimizin dadına baxa bilərsiniz.
Hər gün / 09:00-17:00
Qiymətlərə baxın
Chalet Steak & Wine House
$ $ $ $
Azərbaycanın ən hündürdə yerləşən restoranlarından biri olan və birbaşa kanat xətti ilə gedilən Chalet Wine and Steak house 1920 metr hündürlükdə yerləşir. Mütəxəssislər tərəfindən hazırlanmış steykin zəngin ləzzətlərindən dadaraq, gözəl şərab seçimi və ləziz yeməklər ilə mükəmməl kombinasiya yarada bilərsiniz. Dağların heyrətamiz gözəlliyi ilə əhatə olunaraq nahar etməyin dadını çıxarın.
Bağlıdır
Qiymətlərə baxın