fbpx
Geri
Dağ Yelləncəyi

Fəaliyyət sezonu: Bütün sezon


Panoramik mənzərələrlə əhatə olunmuş 1920 metr yüksəklikdəki dağ yelləncəyimizdə ən yüksək adrenalini hiss edə bilərsiniz. 7-10 metr hündürlüklü yeləncək seçimləri ilə tam təhlükəsiz bir şəkildə ekstrim və əyləncənin ruhunu hiss edin. Kəmərlərinizi bağlayın və həyacanı yaşayın.


Qiymət:

 

Böyük (10m.) – 20 ₼ 

 

Balaca (7m.) – 15 ₼ 

 

Minimal yaş həddi: 14 yaş.


Dağ yelləncəyinin təhlükəsizlik qaydaları:


  • Ziyarətçilər "Dağ yelləncəyi" atraksionunun ərazisin daxil olmadan əvvəl giriş üçün ödəniş etməli, təhülkəsizlik təlimatlarını oxumalı və müafiq sənədlərə imza atmalıdırlar. 
  • Ziyarətçi atraksion ərazisinə yalnız əməliyyatlar komandasının icazəsindən sonra təhlükəsizlik vasitələri və dəbilqə ilə daxil ola bilər. 
  • Atraksion hərəkətli olarkən ziyarətçi hər zaman yelləncəyin asqı sisteminə kəmərlə bağlanmalıdır
  • 14 yaşdan yuxarı uşaqların atraksiondan istifadə etməsini yalnız valideynlərinin və ya qəyyumlarının razılığı ilə icazə verilir. Atraksiona gələn ziyarətçilərin maksimumum çəkisi 127 kq. ola bilər. 
  • Sərbəst hərəkət edə bilməyənlər, hamilə qadınlar, ürək qüsurları və baş gicəllənməsi olan, habelə alkaqol, narkotik və digər sərxoşluq vəziyyətində olan şəxslər üçün yelləncəkdən istifadə etmək tövsiyə edilmir.
  • Attraksiondan tərliklərdə, bağsız ayaqqabılarda, eləcə də yelləncəyin hər-hası bir hissəsinə yapışa bilən geyimdən istifadə etmək qadağandır.
  • Yellənərkən riskli hərəkətlər etmək, sürəti azaltmağa çalışmaq, özünüzlə böyük həcimli iti ucluqlu əşyaları daşınmaq qadağandır.