EN
Back
REZERVASİYA ÜZRƏ AGENT
Tələblər:
- Ali təhsil
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
- Microsoft Office kompüter proqramlarını bilmək.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və İngilis və Azərbaycan dillərində mükəmməl ünsiyyət etmək.
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- İş təcrübəsi - Oteldə qonaq xidmətləri rolunda 1 ildən çox iş təcrübəsi
- İngilis dili biliyi (rus dili biliyi üstünlükdür)
- Gülərüz və qonaqpərvər xarici görünüş.
Vəzifə öhdəlikləri:
- Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
- Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
- Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
- Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək;
- Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.
İş şərtləri:
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlananalar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Durca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Əlaqə forması
Digər vakansiyalar