fbpx
Geri

REZERVASİYA ÜZRƏ AGENT

Tələblər: 

  • Ali təhsil
  • Müvafiq vəzifə üzrə təcrübə  (üstünlük verilir)
  • Microsoft Office kompüter proqramlarını bilmək.  
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq. 
  • Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq. 
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və İngilis və Azərbaycan dillərində mükəmməl ünsiyyət etmək. 
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • İş təcrübəsi - Oteldə qonaq xidmətləri rolunda 1 ildən çox iş təcrübəsi
  • İngilis dili biliyi (rus dili biliyi üstünlükdür)
  • Gülərüz və qonaqpərvər xarici görünüş.

Vəzifə öhdəlikləri:

  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
  • Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək; 
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək;
  • Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.   

İş şərtləri:

  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel

Maraqlananalar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Durca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar