AZ
Geri
Məzmun mütəxəssİsİ
Tam ştat, Qəbələ
Vəzifə öhdəlikləri:
- Şirkətin/marakaların qısa və uzunmüddətli marketinq hədəflərinə çatması üçün kontent strategiyasının hazırlanması və icra edilməsi;
- Kontent yaradılması (istehsalı) prosesinin planlanması. Kontent yaradılmasına cəlb olunan komandaların koordinasiyası;
- Kampaniya mesajlarının brend standartlarına uyğun şəkildə müəyyən olunması, kampaniya materiallarının hazırlanması;
- Brend standartlarına tam hakim olmaq və marketinq kommunikasiyalarında bu standartların qorunmasının təmin edilməsi;
- Marketinq kommunkasiyaları istiqamətində trendlərin izlənilməsi və onları tətbiq edərək kontent planın yenilənməsi;
- İnfluencer-lər, tərtəfdaşlar və digər kontent yaradıcları ilə əlaqələrin qurulması, onlarla əməkdaşlıqların koordinasiya edilməsi;
- Vebsayt trafiki, SEO, PPC, "engagement" və digər göstəriciləri təhlil edərək kontent planın effektiv şəkildə tərtib edilib, yenilənməsi;
- Sahə ilə bağlı mövzuları araşdırmaq və müxtəlif kommunikasiya kanalları üçün yeni maraqlı, unikal və cəlbedici kontentlər yaradılması;
- Satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
- Kontent təqviminin hazırlanması və materialların bu təqvimə uyğun yayımlanmasının təmin edilməsi;
- Kontent bazasının davamlı olaraq audit edilməsi, boşluqlar və çatışmazlıqları müəyyən edib aidiyyatı üzrə aradan qaldırılması;
- Rəsmi vebsayt və digər onlayn satış profillərində məlumatların düzgünlüyünün təmin edilməsi;
- Kontent bazasının sistemləşdirilməsi və idarə edilməsi;
- Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.
Tələb olunan keyfiyyətlər:
- Marketinq, jurnalistika, filologiya və ya digər əlaqədar sahələr üzrə təhsil. Əlavə sertifikatlar üstnlükdür;
- Azərbaycan dilini peşəkar, İngilis dilini əla səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət; təqdimat bacarığı;
- Analiz və hesabat bacarığı;
- Planlı, dəqiq və punktual olmaq;
- Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
- Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
- Komandada işləmək bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Korporativ mobil nömrə və danışıq limiti.
İş yeri Qəbələ şəhərindədir. Eyni zamanda distant çalışma sorğuları da nəzərdən keçirilir.
Qəbələdən kənar regioanlardan cəlb olunan əməkdaşlara yaşayış yeri ilə bağlı köməklik göstərilə bilər.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı (Rəqəmsal marketinq mütəxəssisi) göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Əlaqə forması