fbpx
Geri
Qəbələ Turizminin İnkişafı üçün Strateji Görüş Keçirildi.
Image 1
Image 1
Image 1
Image 1

Qəbələ Turizminin İnkişafı üçün Strateji Görüş Keçirildi.

13 fevral 2025-ci il tarixində Qafqaz Riverside Hotel-də Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Qəbələ Rayon İcra Hakimiyyətinin, Gabala Hospitality Group-un İdarə Heyətinin ve o cümlədən yerli biznes təmsilçilərinin iştirakı ilə “Qəbələ Turizm İnkişaf Planı” mövzusunda görüş keçirildi. 

Görüşdə Qəbələ Turizm İnkişaf Planının hazırlanması və effektiv icrası müzakirə edildi. Tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və işçi qrupunun effektiv koordinasiyasının təmin edilməsi əsas prioritetlər kimi müəyyən olundu. 

Gabala Hospitality Group-un CEO-su Şəbnəm Fərman görüşdə çıxış edərək, turizm sektorunda dövlət ve özəl sektorun əməkdaşlığının vacibliyini vurğuladı. O bildirdi ki, "Qəbələ turizmi üçün hazırlanacaq inkişaf planı bölgənin potensialını tam şəkildə üzə çıxarmağa və qlobal səviyyədə cəlbedici bir turizm mərkəzinə çevrilməsinə xidmət edəcək. Bu istiqamətdə bütün tərəfdaşlarla birgə işləmək bizim üçün böyük önəm kəsb edir."

Görüşün yekununda Turizm İnkişaf Planının strukturlaşdırılması, prioritetlərin müəyyən edilməsi və konkret fəaliyyətlərin icrası üzrə planlaşdırma məsələləri müzakirə edildi.