Gabala Hospitality Group şirkəti Əmək Yarmarkasında iştirak etdi.Gabala Hospitality Group şirkəti Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən Əmək Yarmarkasında iştirak etdi. Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirdə şirkətlər qrupuna aid biznes vahidlərinin təqdim etdiyi mövcud iş imkanları böyük maraqla qarşılandı.
Tədbir iştirakçıları şirkətin irəli sürdüyü müxtəlif kateqoriyalı vakansiyalar haqqında onları maraqlandıran suallarla müraciət etdilər. Şirkətin İnsan Resursları bölməsinin əməkdaşları bütün vakansiyalara aid vəzifə öhdəlikləri, iş şəraiti və Gabala Hospitality Group-da çalışmağın üstünlükləri barədə maraqlananlara ətraflı məlumat verdilər.
Gabala Hospitality Group şirkətində mövcud olan iş imkanları ilə bağlı ətraflı məlumat aşağıdakı linkdə yerləşdirilmişdir: bit.ly/3zN5w07
Daim bərabər iş imkanları təklif edən Gabala Hospitality Group şirkəti 2019-cu ildən fəaliyyət göstərir. Şirkətin balansına “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi”, “Qafqaz Qəbələ MMC”, “Qəbələ Atıcılıq Klubu”, “Qəbələnd Əyləncə Mərkəzi” kimi müəssisələr daxildir. Dayanıqlı turizm xidmətləri göstərən Gabala Hospitality Group ölkəmizin turizm potensialının inkişafı istiqamətində öz layiqli töhfəsini verməkdədir.